Küçükçekmecedə boşanma mərhələsində olan ərinin barışıq təklifini rədd edən qadın küçənin ortasında bıçaqlanıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, xəstəxanaya aparılan 23 yaşlı qadının dünyasını dəyişdiyi öyrənilib.
İddialara görə, əri ondan ayrı yaşayan qadına barışıq təklifi edib.
Qadın təklifi qəbul etməyən əri tərəfindən küçənin ortasında bıçaqlanıb. Hadisə yerindən qaçmağa çalışan təcavüzkar vətəndaşlar tərəfindən yaxalanıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Polis vətəndaşlar tərəfindən linç edilən şübhəli şəxsi saxlayıb.