Dəhşət saçan cinayət: Evli bacısını başqa kişi ilə görəndə…backend

Dəhşət saçan cinayət: Evli bacısını başqa kişi ilə görəndə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bursansanın İnegöl rayonunda Suriya əsilli Ammar A. (24) evdə başqa kişi ilə gördüyü nikahlı böyük bacısı Rahaf A.-nı (28) bədəninin müxtəlif yerlərindən bıçaqlayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, xəstəxanaya aparılan Rahaf A.-nın həyati təhlükəsi olduğu öyrənilərkən, polis qrupları şübhəlini cinayət silahı ilə yaxaladı.

İşdən sonra evə qayıdan Suriya əsilli Ammar A. birlikdə yaşadıqları evə gedib və iddiaya görə evli böyük bacısı Rahaf A.-nı başqa kişi ilə görüb.

Bundan qəzəblənən Ammar A. mətbəxdən götürdüyü bıçaqla bacısının bədəninin müxtəlif nahiyələrindən bıçaqlayıb. Bu vaxt evdə olan kişi qaçaraq yoxa çıxıb. Ammar A. da hadisədən sonra qaçıb.