İstanbulun Tuzla şəhərində estetik mütəxəssisi Yasemin Ər işlədiyi gözəllik mərkəzinin sahibi Abdulselam G. tərəfindən zorakılığa məruz qaldığını iddia edib. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, aldığı zərbələrdən çənə sümüyü qırılan və bədənində göyərmə izləri olan Ər xəstəxanada müalicə olunub. Ərin bacısı Yeşim Ər “Hündürdaban ayaqqabının səsindən narahat oldu. Bildiyiniz kimi bacımın üzünə yumruq vurdu” deyib. Yasemin Ər təcavüzkar barəsində cinayət işi qaldırıb. Abdulselam G. qadını ittiham edərək, onun davamlı olaraq pul istədiyini iddia edib.