İsveçrənin Bazel şəhəri yaxınlığında keçmiş gözəllik müsabiqəsinin finalçısı və model Kristina Yoksimoviç əri tərəfindən öldürülüb.
Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, əri etiraf edib ki, arvadını boğaraq öldürüb və cəsədini mişarla parçalara ayırıb.
Tomas hadisəni özünümüdafiə kimi təsvir etsə də, məhkəmə-tibb ekspertizasının rəyi bu iddianı dəstəkləməyib. Kristina 2008-ci ildə İsveçrə Gözəllik Müsabiqəsində finala çıxan serb əsilli model idi. Qətl İsveçrədə böyük kədərə səbəb olub və bir çox məşhurlar ağrılarını dilə gətirib.