DƏHŞƏT! İran konsulluğu xəritədən silindi, generallar, diplomatlar öldürüldü: İsrail BOMBARDMAN ediləcək –   Politoloqbackend

DƏHŞƏT! İran konsulluğu xəritədən silindi, generallar, diplomatlar öldürüldü: İsrail BOMBARDMAN ediləcək – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail aviasiyası Dəməşqdəki İran konsulluğunun binasına zərbə endirib. Tribunainfo.az xatırladır ki, İranın Suriyadakı səfiri Hüseyn Əkbəri İsrailin F-35 qırıcılarından 5 raket atdığını və konsulluq binasının tamamilə darmadağın edildiyini bildirib. Onun sözlərinə görə, iranlı diplomatlar ölüb, dəqiq nə qədər adamın öldüyü dağıntılar tam təmizləndikdən sonra bilinəcək. SEPAH isə artıq iki generalının, 5 zabitinin öldüyünü təsdiqləyib.
Dəməşqin qərbində yerləşən İran konsulluğu İran səfirliyi ilə Kanada səfirliyinin düz ortasındadır və demək olar ki, arasında məsafə yoxdur.
İsrail zərbə endirdiyi vaxt konsulluq ərazisində SEPAH-ın məşhur briqada generalı Zahidi və müavini, o cümlədən yüksək rütbəli zabitlər orada olub.
Belə məlum olur ki, İsrail dəqiq kəşfiyyat məlumatı ilə hərəkət edib, konsulluqda mühüm toplantı olduğunu bilib və iki səfirliyin arasında yerləşən konsulluq binasına ardıcıl 5 olduqca dəqiq zərbə endirib.


Mövzu barədə saytımıza danışan politoloq Ramiyə Məmmədova bildirib ki, İsrail İrana ilk dəfə belə dəhşətli zərbə vurur. Onun sözlərinə görə, Tehran qisas alacaq və konsulluğun darmadağın edilməsi cavabsız qalmayacaq. Ekspert indiyə qədər İsrailin İranın diplomatik korpusunu vurmadığını qeyd edib: “Bu hadisə Yaxın Şərqdə müharibəni alovlandıracaq. Netanyahu bu addımı ilə İrana demək istədi ki, hünərin çatırsa, gəl müharibə aparaq. Yəni hərbi obyektə deyil, məhz konsulluğa raket zərbəsi endirilməsi məqsədli, planlı şəkildə olub. İndiyə qədər İsrail İranın Suriyadakı hərbi bazalarına, SEPAH-ın obyektlərinə zərbə endirirdisə, bu dəfə konsulluğu vurmaqla açıq meydan oxudular. Düşünürəm ki, Qəzzada, Suriyada, Qırmızı dənizdə vəziyyət daha da pisləşəcək, Hizbullah, HƏMAS və İrana bağlı digər proksi qüvvələr İsrail şəhərlərini bombardman edəcəklər”.