DƏHŞƏT: Arvadını öldürüb sonra intihar etdi – Üç gün sonra boşanacaqdılar…backend

DƏHŞƏT: Arvadını öldürüb sonra intihar etdi – Üç gün sonra boşanacaqdılar…  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərində evdə mübahisə edən ər-arvad arasında davada qan tökülüb. Tribunainfo.az yazır ki, Ərdoğan Dıvrak uşaqları evdə olarkən həyat yoldaşı Çiğdem Dıvrakı öldürərək sonra intihar edib. Cütlüyün bazar ertəsi boşanmaq üçün məhkəməyə müraciət etdiyi öyrənilib.
Hadisə baş verən zaman evdə olan cütlüyün 19 və 12 yaşlı uşaqları polis tərəfindən çölə çıxarılıb. Sağlamlıq qrupları tərəfindən aparılan müayinədə hər iki şəxsin həyatını itirdiyi müəyyən edilib.
Ərdoğan və Çiğdem Dıvrak cütlüyünün cəsədləri müayinədən sonra İzmir Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Ərdoğan Dıvrakın bir müddətdir işsiz olduğu, Çiğdem Dıvrakın özəl xəstəxanada işlədiyi, cütlüyün 19 yaşlı qız və 12 yaşlı oğlanın olduğu da öyrənilib. Hadisə ilə bağlı istintaq davam edir.