DƏHŞƏT! ANA İKİ GÜNLÜK KÖRPƏSİNİ FINDIQ BAĞINDA BASDIRDI

DƏHŞƏT! ANA İKİ GÜNLÜK KÖRPƏSİNİ FINDIQ BAĞINDA BASDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 27 yaşlı ananın 2 günlük körpəsini öldürüb fındıq bağlarında basdırmasının üstü açılıb.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ordu şəhərində yaşanan cinayətin üstü ananın xəstəxanaya çağırlması ilə açılıb.
Belə ki, 27 yaşlı Bilgə Çapa qeyri rəsmi münasibətdən dünyaya gətirdiyi uşağı istəmədiyi üçün ondan qurtulmağın yollarını axtarıb. Uşaq doğulandan sonra “nəfəs almırdı” deyərək onu yaşadığı binanın damına qaldırıb. Uşağı orada qoyaraq gedib. İki günlük körpə ölüb və onun ölüsü 1 gün damda qalıb. Qadın sonradan uşağı basdırmaq qərarına gəlib. Gecə saat 2 radələrində damdan körpəni götürərək evlərinin qarşısındakı fındıq bağlarında basdırıb. Hamiləlik müddətində həkim müayinələrində olduğu üçün onu xəstəxanadan çağırıblar. Bu zaman B.Çapa cinayətin üstü açılmasın deyə polisə uşağın qaçırıldığını deyib. Axtarış zamanı uşağa aid bir iz tapmayan polislər anadan şübhələniblər. Qadın elə ilk sorğusunda körpəni fındıq bağlarında basdırdığını etiraf edib.
27 yaşlı “ana” qəsdən adamöldürmə maddəsilə həbs edilib.