Dəhliz müharibəyə səbəb olacaq – Erməni analitikbackend

Dəhliz müharibəyə səbəb olacaq – Erməni analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın hazırkı hakimiyyəti 10 noyabrda imzalanmış bəyanatın müddəalarını yerinə yetirməyib. Bu, ən azı həyat tərzinin, Laçın dəhlizinin mövcudluğuna, ermənilərin sülhməramlıların müşayiəti ilə öz vətənləri olan Qarabağda yaşamaq hüququnu təmin edirdi”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi hüquq üzrə ekspert Qevroq Danielyana məxsudur.
O qeyd edib ki, bu gün növbə Ermənistan ərazisindən keçən yolların açılmasıdır. “Belə fikirlər var ki, Ermənistan öz imzasını geri götürməlidir”.
Onun iddiasına görə, sərhədlərin yeri, dəyişdirilməsi və demarkasiyası ilə bağlı imzalanmış sənədlərin də hüquqi qüvvəsi yoxdur. “Digər problem isə onların ardıcıl surətdə de-fakto tətbiq olunmasıdır”.
Danielyan hesab edir ki, Zəngəzur dəhlizinin yenidən açılması və ya ondan imtina etməsi müstəqil məsələ kimi müzakirə edilməlidir. “Baxmayaraq ki, kompromis paketinə daxil etmək daha məqsədəuyğun olardı. İndiki vəziyyətdə onun həlli, məncə, təəssüf ki, qaçılmaz olub, xarici qüvvələrin heç biri buna qarşı deyil”.
Erməni ekspertin sözlərinə görə, burada problem sırf həmin avtomobil yolu ilə dövlət sərhədini keçməyin hüquqi rejimi və ona nəzarəti həyata keçirmək səlahiyyəti olan tərəfin seçilməsi ilə bağlıdır. “Bunun da nəticəsində “yol” rahat şəkildə “dəhlizə” çevrilə bilər”.
O vurğulayır ki, əgər Ermənistan bu məsələyə kollektiv Qərblə müdaxilə etməyə üstünlük veririksə, onda mənfi nəticələr qaçılmaz olacaq. “Rusiya “dəhliz” məsələsində maraqlı olmamalıdır. Bu, Rusiya-Ukrayna müharibəsində Türkiyə-Azərbaycanın iddia edilən təmkininin deyil, əslində tələbkarlığının ödənilməli qiymətidir”.
Danielyan sonda onu da deyib ki, Zəngəzur dəhlizi məsələsinin qeyri-müəyyən ləngiməsi qısamüddətli müharibənin, o cümlədən şərti müharibənin birbaşa səbəbi ola bilər