“Sünikdən keçən yola üçüncü şəxs nəzarət edirsə, fərqi yoxdur, 10 noyabr müqaviləsinin 9-cu bəndinə görə ruslar, yoxsa amerikalılar və ya hindlilər, beynəlxalq hüquqa görə dəhlizdir”.
Tribunainfo.az xəbər verir ki, bunu politoloq Artur Martirosyan deyib.
Onun sözlərinə görə, Ərdoğan üçün irəliləyiş Paşinyanın Əliyevin tələbləri ilə razılaşması ddeməkdir. “İndi onlar bu tələbləri müzakirə etməyə davam etməlidirlər”.
Maritrosyan hesab edir ki, Azərbaycan tələbləri yerinə yetiriməyənə qədər heç bir saziş imzalanmayacaq. “Onların tələbləri təkcə dəhlizə aid deyil. Onlar həm də anklavlara, onun tələb etdiyi qaydada sərhədlərin müəyyənləşdirilməsinə, Ermənistanın konstitusiyasının yenidən yazılmasına aiddir”.
Fərda Uğur