“Defarma” dərman şirkəti ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İşə 8 iyul tarixində Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
Nigar