“DEDİKLƏRİMİ BƏYƏNMƏYƏNLƏR VAR, AMMA DEYƏCƏYƏM…” –  Aİ-NİN ERMƏNİSTANDAKI SƏFİRİbackend

“DEDİKLƏRİMİ BƏYƏNMƏYƏNLƏR VAR, AMMA DEYƏCƏYƏM…” – Aİ-NİN ERMƏNİSTANDAKI SƏFİRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Buradan demək istəyirəm ki, İstanbul Konvensiyasının ratifikasiya olunmasını istəyirəm. Bilirəm ki, dediyim cümləni bəyənməyənlər var, amma dediklərimi təkrar edirəm. Mən dönə-dönə təkrar etmək istəyirəm ki, konvensiya qadınların müdafiəsidir. Gözləyirəm ki, siyasi cəmiyyətin nümayəndələri bu məsələdə bizə dəstək ola bilsinlər”.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu sözləri Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin bir müddət əvvəl İrəvanda başlayan “Demokratiya naminə Ermənistan Forumu”nda çıxışında deyib.

“Elə ictimai təşkilatlar var ki, onlar həqiqətən yaxşı işləyirlər. Elə qeyri-hökumət təşkilatları var ki, onların qadınlara qarşı zorakılıq koalisiyası çox yaxşı işləyir. Onlar, məsələn, əlil qadınlara verilən hüquqları, hüquqların dəstəyini dəstəkləyirlər. “Çox işlər görülür, amma mən istərdim ki, daha çox olsun”, – o əlavə edib.