“İctimai Televiziya və Radio Yayımları şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı çıxışlarında hər hansı xoşagəlməz hal baş verməyib”.
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması normaldır: “Demək istəmirəm ki, hər şey çox yaxşıdır. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır”.