Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçika və yoldaşlıq görüşündə İordaniya yığması ilə oyunları üçün seçimlərini edib.
AzxeberSport xəbər verir ki, italyan məşqçinin seçimi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Məsələn, “Neftçi”də ehtiyatda qalan, bu mövsüm 9 oyunda cəmi 20 dəqiqə şans qazanmış Höccət Haqverdiyə dəvət göndərilib. De Byazinin bu seçimi tənqid edilib. İtalyan məşqçinin hansı səbəbdən bu addımı atdığı maraq doğurur.
Oxşar vəziyyət Bəxtiyar Həsənalızadə ilə bağlı da mövcuddur. Mərkəz müdafiəçisi bu yay keçdiyi Türkiyə “Tuzlaspor”unda, demək olar ki, meydana çıxmayıb.Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma “Dalğa Arena”da gerçəkləşəcək.
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Səlahət Ağayev (“Səbail”), Yusif İmanov (“Sabah”)
Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Anton Krivotsyuk (“Daejon Hana” Cənubi Koreya), Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor” Türkiyə), Höccət Haqqverdi (“Neftçi”), Elvin Bədəlov (“Sumqayıt”) Yusif Nəbiyev (“Səbail”), Elvin Cəfərquliyev (“Qarabağ”)
Yarımmüdafiəçilər: Coşqun Diniyev (Umraniyespor, Türkiyə), Elvin Camalov (“Sabah”), Emil Səfərov (“Qəbələ”), Emin Mahmudov (“Neftçi), Filip Ozobiç (“Neftçi), Rüstəm Əhmədzadə, Qismət Alıyev (hər ikisi “Zirə”), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland), Aleksey İsayev (“Sabah”)
Hücumçular: Mahir Emreli (“Dinamo” Xorvatiya), Ramil Şeydayev (“Buriram Yunauyed”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Musa Qurbanlı (“Yurqorden, İsveç