DÇ-də xanım azarkeşlərin tez-tez ekrana gətirilməsi qadağan edildi

DÇ-də xanım azarkeşlərin tez-tez ekrana gətirilməsi qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada təşkil edilən dünya çempionatı oyunlarında operatorların tez-tez gözəl qadınları ekrana gətirməsi FİFA-nın qəzəbinə səbəb olub.

TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, ali futbol qurumu televiziyaların bundan reytinq qazanmasının əleyhinə çıxış edib.

Belə ki, FİFA rəsmisi Federiko Adukki bununla bağlı danışaraq yayımçılara xəbərdarlıq edib.

O bildirib ki, qadınların ekranlara bu qədər gətirilməsi təcavüzlərə səbəb olur. Qurum rəsmisinin sözlərinə görə matçdan sonra azarkeşlər qadınlara fiziki təcavüz edir.