DÇ-2034-ün hansı ölkədə keçiriləcəyi müəyyənləşib.
Tribunainfo.az-ın məlumatına görə, turnir Səudiyyə Ərəbistanında baş tutacaq. Buna səbəb Avstraliya Futbol Federasiyasının namizədlik prosesindən son anda geri çəkilməsi olub.
Avstraliya tərəfi qərarını açıqladıqdan sonra DÇ-nin keçirilməsi üçün yeganə namizəd Səudiyyə Ərəbistanı qalıb. Bu səbəbdən FİFA prezidenti Canni İnfantino 2034-cü ildə DÇ-nin ev sahibinin məhz Səudiyyə Ərəbistanı olacağını bildirib.