DÇ-2026: Qazaxıstan uduzdu, Gürcüstandan qələbə

DÇ-2026: Qazaxıstan uduzdu, Gürcüstandan qələbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən axşam Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin bəzi oyunları keçirlib.

Tribunainfo.az xəbər verir ki, 4 qrupda baş tutan 8 oyun maraqlı hesablarla bitib..

E qrupunda mübarizə aparan Türkiyə millisi öz meydanında son Avropa çempionu İspaniya ilə qarşılaşıb. Oyun gözlənilməz hesabla başa çatıb. İspaniya millisi Türkiyənin qapısına 6 cavabsız qol vurub.

Qrupun digər matçında Gürcüstan millisi Bolqarıstanı qəbul edib və rəqibini böyük hesabla məğlub edib – 3:0.

J qrupunda keçirilən Belçika – Qazaxıstan matçında da böyükhesablı nəticə qeydə alınıb. Meydan sahibləri qazaxlara 6:0 hesabı ilə qalib gəlib.
7 sentyabr

DÇ-2026

Seçmə mərhələ

A qrupu

Almaniya – Şimali İrlandiya – 3:1
Lüksemburq – Slovakiya – 0:1

G qrupu

Litva – Niderland – 2:3
Polşa – Finlandiya – 3:1

J qrupu 

Şimali Makedoniya – Lixtenşteyn – 5:0
Belçika – Qazaxıstan – 6:0

E qrupu

Gürcüstan – Bolqarıstan – 3:0
Türkiyə – İspaniya – 0:6