DÇ-2022: Yaponiya və İspaniya 1/8 finaldabackend

DÇ-2022: Yaponiya və İspaniya 1/8 finalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərdə keçirilən dünya çempionatında bdaha 4 oyun baş tutub.

Tribunainfo.az xəbər verir ki, E və F qrupunun qarşılaşmalarından sonra 1/8 finala yüksələn daha 4 komandanın adına aydınlıq gəlib.

F qrupunda Mərakeş Kanada ilə üz-üzə gəlib. Afrikalılar 2:1 hesablı qələbə ilə qrup lideri kimi 1/8 finala adlayıb. Qrupun digər matçında Xorvatiya və Belçiya yığmaları qarşılaşıb. Bu oyunda hesab açılmayıb. Yekunda Xorvatiya qrup 2-cisi kimi mərhələ adlayıb, Belçika 3-cü, Kanada sonuncu olub.

E qrupunda İspaniya və Yaponiya növbəti raunda yüksəlib. Son turda Kosta-Rikanı məğlub edən dördqat dünya çempionu Almaniya isə qrupda qalıb.

Dünya çempionatı
Qrup mərhələsi, III tur

1 dekabr

F qrupu

19:00. Kanada – Mərakeş – 1:2
Qollar:
 Nayef Aquerd, 40 (öz qapısına) – Hakim Ziyeş, 4, Yusuf En Nesiri, 23

19:00. Xorvatiya – Belçika – 0:0

Xal durumu: Mərakeş – 7, Xorvatiya – 5, Belçika – 4, Kanada – 0

E qrupu

23:00. Kosta Rika – Almaniya – 2:4
Qol:
 Y.Teyeda, 59, Y.Varqas, 70 – S.Qnabri, 10, K.Haverts, 73, 85, Fyullkruq, 90+1

23:00. Yaponiya – İspaniya – 2:1
Qol: 
R.Doan, 49, A.Tanaka, 52 – A.Morata, 12

Xal durumu: Yaponiya – 6, İspaniya – 4, Almaniya – 4, Kosta Rika – 3