DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib-VİDEObackend

DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Fransa və Danimarka komandaları arasında keçirilən qarşılaşmada Fransa millisi 2:1 hesablı qələbə qazanıb.Oyunda qolları K.Mbappe (61 və 86-cı dəqiqələr) və A.Kristensen (68-ci dəqiqə) vurublar.

Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər.