“DÇ-2018″in ən yaxşıları: Mbappe, Modriç, Kurtua və Keyn

“DÇ-2018″in ən yaxşıları: Mbappe, Modriç, Kurtua və Keyn

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada bu gün başa çatan dünya çempionatının ən yaxşıları müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, çempion Fransa millisinin hücumçusu Kilian Mbappe ən yaxşı gənc futbolçu seçilib. Onu FIFA prezidenti Canni İnfantino mükafatlandırıb.
Gümüş medalçı Xorvatiyanın kapitanı Luka Modriç ən mundialın ən yaxşı oyunçusu seçilib. “eal”ın ulduzu “Qızıl top”a sahib çıxıb.
Turnirin ən yaxşı qapıçısı bürünc mükafatçı Belçikanın qolkiperi Tibo Kurtua olub.
Dünya çempionatının bombardiri isə Harri Keyn olub. Mundialı 4-cü yerdə başa vuran İngiltərə millisinin üzvü 6 qola imza atıb.
Keyn qrup mərhələsinin Panama ilə matçında het-trik, Tunislə görüşündə dubl edib, 1/8 finalın Kolumbiya ilə matçında bir qol vurub. 1/4 finalın İsveç, yarımfinalın Xovatiya və üçüncü yer uğrunda oyunun Belçika ilə görüşlərində fərqlənə bilməyən futbolçu qollardan üçünə pnaltidən imza atıb.
Qeyd edək ki, “DÇ-2018″də Keyndən sonra ən çoq qol vuran futbolçular Romelu Lukaku (Belçika), Antoine Qrizmann(Fransa), Kylian Mbappe (Fransa), Kriştiano Ronaldo(Portuqaliya) və Denis Çerişev (Rusiya) olub. Onlar hərəyə 4 dəfə fərqlənib.