FİFA DÇ-2018-in püşkatmasının video təlimatını təqdim edib. FİFA DÇ-2018-in püşkatmasının video təlimatını təqdim edib.
TİA.AZ apasport.az-a istinadən xəbər verir ki,videoda məşq xarakterli seçim əks olunub.
Kompüter proqramı Rusiyada keçiriləcək mundialda iştirak edəcək 32 komandanı hər birində 4 komanda olmaqla 8 qrupa bölüb.
Ev sahibi Rusiya millisi A qrupunda İsveçrə, Misir və Avstraliya ilə düşüb.
Şərti püşkatmaya görə, Almaniya, Danimarka, Uruqvay və Nigeriyanın yer aldığı F qrupu “ölüm qrupu” hesab etmək olar.