Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start verilib. 13-cü dəqiqədə Qrizman Fransa millisi penalti zərbəsi ilə önə keçirib – 1:0.
41-ci dəqiqədə Anxel di Mariya cavab qolu vurub – 1:1.
47-ci dəqiqədə Messinin vurduğu zərbənin istiqamətini dəyişən Merkado qol vurub – 1:2.
57-ci dəqiqədə Pavard hesabı bərabərləşdirib – 2:2.
64-cü dəqiqədə fransız Mbappe komandasını yenidən irəli çıxarıb – 3:2.
68-ci dəqiqədə Mbappe hesab arasındakı fərqi artırıb – 4:2.
Artırılmış 3-cü dəqiqədə Aquero hesab arasındakı fərqi azaldıb – 4:3.
Oyun bu hesabla başa çatıb. Fransa 1\4 finala adlayıb. Onun rəqibi Portuqaliya-Uruqvay matçının qalibi olacaq.