Dayısı qızı ilə mesajlaşan şəxs arvadını döydü – CƏZA

Dayısı qızı ilə mesajlaşan şəxs arvadını döydü – CƏZA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Elgün Şəfiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 06 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Elgün Şəfiyev dayısı qızı ilə mesajlaşan zaman həyat yoldaşı, zərərçəkmiş Ülkər Şəfiyeva (şərti) görərək ona irad bildirib. Qısqanclıq səbəbi ilə onların arasında mübahisə başlayıb. Nəticədə Elgün arvadının üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, qadına üngül zərər yetirib.

Ülkər Şəfiyevanın şikayəti əsasında saxlanılan Elgün Şəfiyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.