Dayanma-durma ilə bağlı cəzalar sərtləşdirilirbackend

Dayanma-durma ilə bağlı cəzalar sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qayda pozuntuları, dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur”.

Tribunainfo.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, bir çox hallarda şəhərimizdə müşahidə olunan problemlər qayda pozuntularının özündən qaynaqlanan məsələlərdir: “Burada nəinki sürücülər, eyni zamanda piyadalar tərəfindən qayda pozuntuları böyük problemlərin yaranmasına səbəb olur. Qarşıdakı dövrdə bəzi müəyyən tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər də artıq hazırdır, Nazirlər Kabinetinə təqdim olunub. Güman edirəm ki, yaxın  həftələrdə bu tələblərin tətbiqinə başlayacayıq”.