Bakıda bəzi avtobus dayanacaqlarında terminalların işləməməsi sərnişinləri çətin duruma salır.
Cebhe.info-ya bununla bağlı şəhərin bir neçə ərazisindən şikayət daxil olub.
Bildirilir ki, Biləcəri qəsəbəsində, Avtovağzal dairəsində, Milli Bankın, Səməd Vurğun bağının yaxınlığındakı bəzi avtobus dayanacaqlarında terminallar işləmir. Bu da sərnişinləri çətin duruma salır. Şərnişinlər ya yolun əks istiqamətinə keçib, karta pul yükləyirlər, ya da digər sərnişinlərdən pul verərək, onların yerinə ödəniş etməyi xahiş etmək məcburiyyətində qalırlar. Bu da sərnişinlərin avtobuslara minərkən ləngimisinə və qapının yanına sıxlıq yaranmasına səbəb olur.
Bu kimi hallar hətta kart sistemi ilə işləyən atobusların son dayanacaqlarda da müşahidə olunur.