Dayanacağı zəbt edən bu səfirliyin maşını imişbackend

Dayanacağı zəbt edən bu səfirliyin maşını imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində qaydaları kobud şəkildə pozan avtomobilin Pakistan səfirliyinə məxsus olduğu məlum olub.Tribunainfo.az xəbər verir ki, kobud qayda pozuntusuna yol verən avtomobilin fotosunu avtosfer.az saytı yayıb. Məlumata görə, 004-D-065 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü avtomobili avtobus dayanacağında park edib və bu da avtobusların dayanacağa girməsinə mane olub.

Avtomobilin nömrəsinə əsasən kiçik araşdırma apardıq və məlum oldu ki, ilk rəqəmləri 004 olan avtomobil Pakistan səfirliyinə məxsusdur. Qəbul olunmuş beynəlxalq qaydalara görə, ölkə ərazisində fəaliyyət göstərən səfirliklərə verilən dövlət nömrə nişanlarının ilk rəqəmi həmin dövlətin müstəqilliyini tanıma sırasına görə verilir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dördüncü ölkədir.

Qeyd edək ki, Pakistan səfirliyinə məxsus avtomobil İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydalarını pozub və bu qaydanı pozan sürücü barəsində 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Nigar