DAXİLİ MİQRASİYADA FƏLAKƏT… “BÖLGƏLƏRDƏN KÖÇ HƏDDƏN ARTIQDIR” – İQTİSADÇI

DAXİLİ MİQRASİYADA FƏLAKƏT… “BÖLGƏLƏRDƏN KÖÇ HƏDDƏN ARTIQDIR” – İQTİSADÇI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin siyahıyaalınmasının nəticələri bölgələrarası əhali statistikasında 360 min nəfərlik dəyişikliyə səbəb olub. 2020-ci ildə siyahıyaalınma ilinə nisbətən Bakı, Sumqayıt və Abşeronun əhalisi təxminən 360 min nəfər və ya 13% artıb, yerdə qalan regionların əhalisi isə təxminən o sayda yaxud 5% azalıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə rəqəmləri açıqlayan istisadçı Rövşən Ağayev bildirib ki, bu dəyişiklik daxili miqrasiyanın real səviyyəsindən çox uzaqdır.
Son illər paytaxt və ətrafı ilə digər bölgələr arasında bir sıra göstəricilər – istifadəyə verilən mənzil sahələrinin həcmi, avtomobil sayı, ticarət dövriyyəsi, kommunal xidmətlərin istehlakı, ən nəhayət orta təhsil pilləsi üzrə şagird sayı arasında kəskin fərqlər daxili miqrasiyanın real miqyasının xeyli böyük olduğunu göstərir:

“Təəssüf ki, külli miqarda vəsait xərclənən ölkə miqyaslı siyahıyaalınma tədbiri real mənzərəni üzə çıxarmağın öhdəsindən gələ bilməyib.
Son 20 ildə şagird sayı və əhali sayının bölgələr üzrə necə dəyişməsinə dair statistik analiz hazırlayıram, bu günlərdə məqalə kimi paylaşacam. Şagird məskunlaşması əhali məskunlaşmasını izləmək üçün etibar ediləcək mühüm statistikalardan biridir”.