Davtyan sərsəmlədibackend

Davtyan sərsəmlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin Qarabağa qayıtması yalnız Nikolun uzaqlaşdırılması halında mümkündür. Çünki prosesi dayandıran əsas şəxs Nikoldur”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər ekspert Qarnik Davtyana məxsusdur. O, “bir gün bizim Qarabağı tarixi ana Ermənistana qaytarmaq imkanımız olacaq” xülyasını iddia edib. “Çünki heç olmasa müəyyən müddətdən sonra hər şeyi dəyişdirmək imkanı var”.

Davtyan həmçinin Azərbaycanla Ermənistan arasında gözlənilən sülh müqaviləsini kapituliyasiya sənədi adlandırıb. “Ümumiyyətlə, bu, sülh müqaviləsi deyil. Bu, Azərbaycanın hərbi cinayətləri, işğal olunmuş ərazilərin leqallaşdırılması, belə demək mümkünsə, Ermənistanın Azərbaycana qarşı qaldıra biləcəyi bütün mübahisəli məsələləri bağlamaq üçün nəzərədə tutulmuş kapitulyasiyanın yekun sənədidir”.

P.S. Ermənilər Qarabağdan çıxmalarını elə təqdim etməyə çalışırlar ki, guya, Azərbaycan onlara təzyiq edib. Halbuki dünya kor deyil və hər şeyi görür. Çünki Azərbaycan antiterror əməliyyatından sonra dəfələrlə bəyan etmişdi ki, Azərbaycan vətəındaşlığını qəbul edən ermənilərin qalmaları üçün heç bir porblem yoxdur. Bir də ki, gedəni saxlamazlar. Getmək istədilər, biz də mane olmadıq.

Qaldı, onların geri dönüş məsələsinə. Bunun da formulunu Bakı çoxdan verib. Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etməmiş, qanunları pozmamış və Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkəmizdə digər xalqların nümayəndəsi kimi yaşamaq istəyənlərə qapı açıqdır.

Lakin ermənilərin dərdi ayrıdır. Onlar yenidən Qarabağa yerləşib, yenə separatçılıqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd etməklə məşğul olmaq dərdindədirlər. Bunu isə qulaqlarının dibini gördükdə, görə biləcəklər.