Davos forumu gələn ilin yayınadək təxirə salındı

Davos forumu gələn ilin yayınadək təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin Dünya İqtisadi Forumu (DİF) yanvar ayından yayın əvvəlinədək təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə forumun bugünkü açıqlamasında DİF-in icraçı direktoru Adrian Monk bildirib.

Təşkilat rəhbərinə görə, ekspertlər yanvar ayında forumu təhlükəsiz şəraitdə keçirməyin mümkün olmayacağı qənaətindədirlər.

İllik tədbirin tarixləri daha sonra açıqlanacaq.