“Davamçı Gənclərin İkinci Forumu” keçirildi (FOTOLAR)backend

“Davamçı Gənclərin İkinci Forumu” keçirildi (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Davamçı Gənclərin İkinci Forumu” keçirilib. Forum zamanı Ulu Öndərin əziz xatirəsi yad edilib, Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərdən bəhs olunub.
Forumda Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan Respublikası Prezidentinin Katibliyinə rəhbərlik etmiş tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Sahil Məmmədli, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov, Agentlik yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Cavadov, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Hərəkatın katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları, ali təhsil müəssisələri və media nümayəndələri, o cümlədən 500-dən çox gənc iştirak edib.
Forumun əvvəlində Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Forumun gedişatına əsasən baş tutan çıxışlardan sonra ötən il ərzində “Davam” Gənclər Hərəkatının sıx əməkdaşlıq etdiyi ali təhsil müəssisələri və Hərəkatın ictimai həyatında fəal iştirak edən gənclərin təltifolunma mərasimi keçirilib.
Forumun yekununda “Enerjini Paylaş” devizi ilə qala gecəsi baş tutub. Qala gecəsində müğənni Fərid Mərdin iştirakı ilə konsert proqramı təşkil olunub, ardınca isə DJ Zülfüqar Hüseynovun müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.