Daşqınların əsarətində qalan Rusiyada son vəziyyət – FOTO/VİDEObackend

Daşqınların əsarətində qalan Rusiyada son vəziyyət – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın bir sıra vilayətləri çayların daşması ilə əlaqədar olaraq hələ də təbii fəlakətin əsarətindədir.

Məlumata görə, Orenburq yaxınlığında Ural çayında suyun səviyyəsi iki saat ərzində 6 santimetr artaraq 1060 santimetrə çatıb. Orenburqda 3,6 mindən çox ev su altında qalıb, sakinlərə su basmış əraziləri tərk etmələri  barədə çağırış edilir. Ümumilikdə 2117-ü uşaq olmaqla 7800 nəfər təxliyə edilib.

Orskda yerli hökumətin məlumatına görə suyun səviyyəsi 14 santimetr azalıb.

Kurqan vilayətinin Zverinoqolovskoye kəndində suyun səviyyəsi isə 10 metrə qalxıb. Təhlükəli göstərici 110 sm-i keçib;

Daşqınlar Tomsk vilayətinə çatıb. Artıq daşqın səbəbindən üç yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Daha iki kəndə sel gedir, küçələri su basa bilər.

Rusiya Fövqəladə Hallar Nazirliyi yaşayış binalarını daşqınlardan qorumaq üçün Tümen vilayətinə sudolduran bəndlər çatdırıb.

 

Mənbə: “ASTRA” “Telegram” kanalı