DAŞNAKSÜTYUNDAN TÜRKİYƏ İLƏ DANIŞIQLARLA BAĞLI SƏRSƏM – MÖVQEbackend

DAŞNAKSÜTYUNDAN TÜRKİYƏ İLƏ DANIŞIQLARLA BAĞLI SƏRSƏM – MÖVQE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti dünya ictimaiyyətinin gözündə konstruktiv tərəfdaş kimi görünmək istəyir və erməni tərəfi ilə görüşlər bunun üçün əsaslı səbəbdir.

Tribunainfo.az SputnikArmeniya-ya istinadən xəbər verir ki, bu sözləri AXC-nin “Daşnaksütyun” bürosunun siyasi məsələlər üzrə mərkəzi idarəsinin və “Hay Dat”ın rəhbəri Kiro Manoyan bildirib.

Onun sözlərinə görə, “Türkiyə həm keçmişdə, həm də indi prosesi Ermənistan-Azərbaycan problemi ilə əlaqələndirmədən Ermənistanla münasibətləri normallaşdırmağa hazır deyil. Ermənistanın heç bir humanitar və digər jestləri vəziyyəti dəyişməyəcək”.

“Türkiyə dəfələrlə, o cümlədən Mirzoyanın son səfəri zamanı bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistan-Azərbaycan gündəliyindən asılıdır. Ermənistanla Azərbaycan arasında barışıq ehtimalı o qədər də yüksək deyil, baxmayaraq ki, mən istəməzdim. Əgər burada Ermənistan hakimiyyəti bizə daha bir sürpriz təqdim etsə, təəccüblənin. Hər halda Ankaranın münasibəti əvvəlki kimi qalır. Ermənistan-Azərbaycan barışığı olmadan İrəvanla normallaşma mümkün deyil”, – Manoyan ölkənin cənubunda baş vermiş dağıdıcı zəlzələlərdən sonra ötən həftə baş verənləri şərh edərkən bildirib.