Daşnaksütyun Partiyasına üzvlük cinayət sayıla bilərbackend

Daşnaksütyun Partiyasına üzvlük cinayət sayıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakim partiya olan Mülki Müqavilə Partiyası “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklik edilməsi barədə təşəbbüslə çıxış edib. Tribunainfo.az xəbər verir ki, həmin təşəbbüsə əsasən Ermənistanda fəaliyyət göstərən bəzi partiyaların fəaliyyəti qadağan edilə bilər.
Söhbət Daşnaksütun Partiyasından gedir. Həmin partiyanın təmsilçisi, deputat Geqam Manukyan deyib ki, yeni dəyişikliklərə əsasən Daşnaksütun Partiyası nəinki ləğv oluna bilər, hətta həmin partiyaya üzvlük cinayət tərkibi yarada bilər. “Ermənistanın istintaq orqanları Daşnaksütyun üzvlüyünü cinayət məsuliyyəti yaradan hal hesab etməyə başlayıb. Yeni qanunla bu proses bir qədər də təkmilləşdiriləcək və bizim hamımız cinayətkar elan olunacağıq”