“Daşnaksütyun” “Marsel” – “Qarabağ” oyununda təxribat törətdi – UEFA-ya şikayət (VİDEO)

“Daşnaksütyun” “Marsel” – “Qarabağ” oyununda təxribat törətdi – UEFA-ya şikayət (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransanın “Marsel” klubunun Azərbaycanın “Qarabağ” komandasını qəbul etdiyi “Velodrom” stadionundakı matç zamanı ölkənin erməni icması təxribat xarakterli aksiya keçirib.
Qaynarinfo “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı “ARF New Generation” “Facebook” səhifəsi yayıb. Aksiya iştirakçıları Ermənistanın “Daşnaksütyun” partiyasının gənclər qanadının nümayəndələri olub.
Oyun zamanı ermənilər Ermənistan və separatçı “Dağlıq Qarabağ”ın bayrağını qaldırıb, həmçinin əllərində “Artsax Ermənistandır” yazılmış plakatlar tutublar.

Fransa erməniləri sosial şəbəkələrdə yazır ki, bu, sadəcə, futbol oyunu deyil, Azərbaycan hakimiyyətinə və “Qarabağ” komandasına qarşı fləşmobdur.
Bəzi fəallar həmyerliləri də oyuna dəvət ediblər.
Artıq “Qarabağ” məsələ ilə bağlı UEFA-ya etirazını çatdırıb. Bu barədə klubun mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a açıqlamasında bildirib:
“Biz oyun ərzində və oyundan sonra UEFA nümayəndəsinə şifahi etirazımızı bildirdik. Bizə qarşı təxribat cəhdləri ilə bağlı quruma şikayətimizi yazılı şəkildə də ünvanlayacağıq”.
Qeyd edək ki, Marsel ermənilərin sıx məskunlaşdığı şəhərdir. Bunu nəzərə alan “Qarabağ” oyundan öncə mümkün erməni təxribatı məsələsi ilə bağlı UEFA-ya və “Marsel” klubuna müraciət edib. UEFA təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.
Onu da qeyd edək ki, oyun “Marsel”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.