Ötən gün İrəvanda keçirilən əməliyyat zamanı Daşnaksütun Partiyasının üzvlərinin evindən xeyli sayda silah-sursat götürülüb.
Tribunainfo.az xəbər verir ki, Ermənistan MTX həmin silahların istifadəyə yararlı olduğunu açıqlayıb.
Deputat Hasmik Akopyan bu hadisədən sonra bildirib ki, həmin partiyanın bağlanmasının vaxtı çatıb. “Daşnaksütyun Partiyasının yenidən bağlamağın və terror təşkilatı siyahısına daxil edilməsi barədə düşünməyin vaxtı çatıb. Reallıqda onlar təkcə Daşnaksütyun üzvləri deyil, həm də terrorun təşkilatçılarıdır”.
P.S. Etiraf edək ki, Akopyan bu fikrində haqlıdır. Çünki tarixən daşnaklar silahlı dəstələr yaradaraq, terrorçuluqla məşğul olublar. Bakıda mart qırğınları, Göyçay, Şamaxı facilərinin əsas təşkilatçıları olublar. Eyniylə Xocalıda da məhz daşnak zehniyyəti soyqırım törədib. Onun terror təşkilatı kimi tanınması vacibdir. Hətta Azərbaycan da analoji qanunun qəbulunu reallaşdırmalıdır.
Fərda Uğur