Daşnakların və separatçıların İrəvan fiaskosu – FOTO

Daşnakların və separatçıların İrəvan fiaskosu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, sentyabrın 2-də İrəvanda Daşnaksütun Partiyası və separatçıların iştirakı ilə Qarabağa dair mitinq keçirilib. Tribunainfo.az xəbər verir ki, keçirilən mitinqə qatılanların sayı o qədər az olub ki, hətta erməni müxalifəti bunu təqdim etməkdə çətinlik çəkib.

Belə ki, yuxarıdan çəkilən fotolardan məlum olub ki, aksiyada cəmi 100-150 nəfərə yaxın adam iştirak edib.

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan isə bununla bağlı açıqlama verib. O deyib: “Onlar Qarabağı “xilas” etdilər. Bu şəkil Qarabağ hərəkatının çoxdan bitdiyinin əyani sübutudur”.

Fərda Uğur