Dünən axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində baş vermiş yanğın səhər saat 8 radələrində tam söndürülüb.
Dünən axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində baş vermiş yanğın səhər saat 8 radələrində tam söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tia.az-a verilən məlumata görə, yanğın yüksək dağlıq sahəni əhatə etdiyindən və güclü külək əsdiyindən onu söndürmək çətinləşib.
Bunlara baxmayaraq, ETSN və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub.
Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.