Daşkəsən İcra Hakimiyyətinin elan etdiyi tenderin nəticəsi ləğv olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Belə ki, Daşkəsən şəhərinin küçələrində abadlıq işlərinin həyata keçirilməsini əhatə edən bu müsabiqə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən ləğv edilib.
Qeyd edilir ki, İcra Hakimiyyəti bu prosesi 158 min 541 manata reallaşdırmaq istəyib.
Nəzərinizə çatdıraq ki, Daşkəsən rayonunun icra başçısı Orxan İrşad oğlu Abbasovdur. O, 2024-cü ildən rayonu idarə edir. İcra başçısının atasının uzun müddət Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru olduğu, daha sonra isə Azərbaycan Texnologiya Universitetinin Qiyabi və əlavə təhsil sektorunun müdiri kimi çalışdığı bildirilir. Yerli mediada gedən xəbərlərə görə, Orxan Abbasovun atası 3 il 6 ay həbs həyatı yaşaıb. Buna səbəb isə onun hərbi xidmətdən yayınması göstərilir. (https://teref.az/manset/242261-rsad-abbasov-ucun-kohne-nagil-.html)
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur