Daşkəsən Dəmir-Filiz MMC 7 maşını ala biləcəyi pula icarəyə götürüb

Daşkəsən Dəmir-Filiz MMC 7 maşını ala biləcəyi pula icarəyə götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən Dəmir-Filiz MMC daha bir tenderə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, sözügedən qurum nəqliyyat vasitələrinin icarə xidmətinin satın alınmasını həyata keçirəcək.

Belə ki, MMC 60 ay müddətinə 5 ədəd Pikap tipli avtomobil icarə edəcək.  Bundan başqa, həmin müddətə daha 2 ədəd sedan tipli maşını da icarəyə götürəcək. Bununla əlaqədar, “PREMİUM TRANSPORT AGENCY” MMC ilə anlaşma əldə edən Daşkəsən Dəmir-Filiz MMC şirkətə 538 min 80 manat ödəyəcək.

Maraqlı məqam odur ki, həmin məbləğə MMC qeyd olunan avtomobillərin yenisini ala bildiyi halda, icarəyə götürüb.

Xatırladaq ki, “Premium Transport” MMC 2013-cü ildən Azərbaycan dağ-mədən sənayesi sahəsində fəaliyyətə başlayıb. Şirkət 06 may 2013-cü ildə Bakı şəhərində 1002934931 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçib. Hazırda baş ofisi Bakı şəhəri, Şıxov qəsəbəsi, Grand Park-2 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Vüqar Kazımov Zahid oğludur.

Daşkəsən Dəmir-Filiz MMC-nin rəhbəri isə Ceyhun Əliyevdir.

Fərda Uğur