“Daşkəsən Dəmir Filiz” MMC-nin pikap və sedan tipli avtomobillər almaq arzusu baş tutmayıb.
Tribunainfo.az xəbər verir ki, şirkətin keçirdiyi tenderin nəticəsi ləğv edilib.
Açıq mənbələrdə qeyd edilir ki, MMC 747 min 470 manata 10 ədəd avtomobil almaq fikrində olub. Bu maşınlardan 6-sı Pikap tipli, yerdə qalanı isə sedan olmalıymış. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunların tələblərinə doğru riayət olunmamasını əsas tutaraq, nəticələri məqbul hesab etməyib.
Fərda Uğur