“Daşkəsən Dəmir Filiz”ə protokol yazıldı: 204 minlik tender əlindən çıxdıbackend

“Daşkəsən Dəmir Filiz”ə protokol yazıldı: 204 minlik tender əlindən çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daşkəsən Dəmir Filiz” MMC-in növbəti tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, buna səbəb qanunun əsas tələblərindən birinin kobud şəkildə pozulması olub.

Belə ki, 204.685 manatlıq MRP-Müəssisə Resursların Planlaşdırılması (ERP-Enterprise Resource Planning) proqram təminatının hazırlanması xidmətlərinin satın alınmasını həyata keçirmək istəyən şirkətə AİİBNX stop qoyub. Səbəb kimi isə qalib təchizatçını “Dövlət satınalmaları haqqında” qanunun 33.10-cu maddəsinə əsasən seçməyin mümkün olmaması göstərilib. Şirkət həmçinin həmin qanunun 36.1.3.-ci maddəsini də pozub ki, buna görə, onlara protocol yazılıb.

Xatırladaq ki, “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbəri Ceyhun Əliyevdir.