Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu, Türkiyə, İran, Özbəkistan və Türkmənistanın nəqliyyat dəhlizlərinin funksiyasının daha təsirli olması çərçivəsində “Daşkənd Bəyannaməsi”ni imzaladığını açıqlayıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Nazir Uraloğlu, sosial media hesabında mövzu ilə bağlı verdiyi açıqlamada, “Türkiyə-İran-Özbəkistan və Türkmənistan arasında nəqliyyat dəhlizlərinin funksiyasının daha təsirli olması ilə bağlı Daşkənd Bəyannaməsini imzaladıq deyib.