Daşıdığı elektron qolbağı itirdi- Bu qədər pul ödəyəcəkbackend

Daşıdığı elektron qolbağı itirdi- Bu qədər pul ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs elektron nəzarət vasitəsini itirdiyinə görə məhkəməyə verilib.

“Qafqazinfo”nun məlumatına görə, iddiaçı qismində tanınmış Bakı şəhəri Maliyyə İdarəsi elektron nəzarət vasitəsinin itirilməsinə görə cavabdeh Fuad Abbasovdan təzminat tələb edib.

Sözügedən avadanlığın dəyəri iki min iki yüz yetmiş yeddi manat təşkil edir.

İddiaçı cavabdehin məsuliyyətli olmadığını əsas gətirərək qeyd edilən vəsaitin cavabdehdən tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsini xahiş edib. Qarşı tərəf məhkəmədə iştirak etməkdən yayınsa da, əvvəlki ərizəsində daşıma müddəti bitdikdən sonra həmin elektron qolbağın taleyindən xəbərsiz olduğunu qeyd edib.

Məhkəmə iddia tələbini tam təmin edib.

Qərara əsasən, elektron nəzarət vasitəsinin itirilməsinə görə iki min iki yüz yetmiş yeddi manat məbləğində pul cavabdehdən alınaraq Bakı Şəhər Maliyyə İdarəsinə ödənilməlidir.