Daşaltı şəhidi Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub.
Tribunainfo.az xəbər verir ki, əvvəlcə şəhidlə vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdən sonra A.Rüstəmovun cənazəsi yaylım atəşi və Dövlət Himninin sədaları altında Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfndə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov şəhidin tabutuna bükülmüş üç rəngli Azərbaycan Bayrağını şəhidin qardaşı Hacıbaba Rüstəmova təqdim edib.