Darçınlı su için görün nə olur

Darçınlı su için görün nə olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlamlığını təbii məhsullarla qorumağa çalışan insanlar üçün darçın suyunun faydaları böyük əhəmiyyət kəsb edir.

Tribunainfo.az xəbər verir ki, diyet və detoks proqramlarında tez-tez istifadə olunan darçınlı su qan şəkərini tənzimləyərək, toxluq hissini artırır və həzm sistemini dəstəkləyir.

 

Diyabet xəstələrinə tövsiyə olunur

 

Diyabet xəstələri üçün darçınlı su xüsusilə faydalıdır. Bu su darçın çubuğu və ya toz darçın ilə hazırlanır və qan şəkərini tarazlaşdırmağa kömək edir. Darçın metabolizmanı tənzimləyərək, müxtəlif həzm problemlərinin aradan qaldırılmasına yardım edir.

 

İmmuniteti gücləndirir

 

Darçının tərkibindəki B6, C və D vitaminləri immun sistemini gücləndirərək xəstəliklərə qarşı müqavimət yaratmağa kömək edir. Xüsusilə qrip infeksiyaları və mövsümi öskürək kimi sağlamlıq problemlərinin müalicəsini asanlaşdıran darçınlı su həkimlər tərəfindən diyabet xəstələrinə də tövsiyə edilir.

 

Qan şəkərini tənzimləyir və aclıq hissi ilə mübarizə aparır

 

Darçınlı su qan şəkərinin səviyyəsini tənzimləyir və insülin müqavimətini artırır. Tip 2 diyabet xəstələri üçün bu su, qan şəkərinin artması və ya azalmasını önləyərək, dərmanların yanında qida əlavəsi olaraq istifadə edilə bilər. Həkimlər bəzən darçınlı suyu əməliyyat keçirmiş xəstələrə sağalma dövründə qan dəyərlərini tarazlaşdırmaq üçün tövsiyə edir.

 

Dəriyə və saçlara faydaları

 

Darçınlı suyunun bədənə faydaları arasında tərkibindəki antioksidant maddələrin dəriyə olan müsbət təsirləri də vardır. Antioksidantlar sərbəst radikalların və toksinlərin bədənə zərərli təsirlərini azaldır. Bu maddələr dərinin yaşlanma əlamətlərini yavaşladaraq ona canlı və sağlam bir görünüş verir. Həmçinin, saç diblərində də təsirli olan antioksidantlar kəpək yaranmasını azaldır və saç telinin daha təbii və parlaq görünməsinə kömək edir.

 

Metabolizmanı sürətləndirir

 

Darçınlı su metabolizmanın sürətini artıran təsirə malikdir. Detoks effektləri sayəsində bədənin yavaşladığı prosesləri sürətləndirir və daha sürətli işləməsinə şərait yaradır. Bu xüsusiyyətləri ilə darçınlı su, dietoloq və həkim məsləhəti ilə istifadə edildikdə arıqlama və detoks proseslərini dəstəkləyir.

 

Qeyd: Ümumiyyətlə, darçınlı su sağlamlıq üçün bir çox faydalı təsirə malikdir və müxtəlif xəstəliklərə qarşı mübarizədə təbii bir dəstək olaraq istifadə oluna bilər