Türkiyənin tanınmış bloggeri, sosial media fenomeni Danla Biliçin ombasına etdirdiyi dolğu qabırğalarına qalxıb.
Tribunainfo.az Türkiyə saytlarına istinadən xəbər verir ki, bu barədə Danla Biliç özü məlumat paylaşıb. O bildirib ki, üç il əvvəl estetik cərrah Bülənt Cihantimura ombasını əməliyyat etdirərək dolğu qoydurub. Lakin dolğu ombasından qabırğalarına qədər yayılmağa başlayıb:
“Danlanız çərşənbə günü dolğu təmizləmə əməliyyatına girir. Doktorum Bülent Cihantimur “o dolğular yerindən sürüşər, qabırğana qədər çatar” deyə xəbərdarlıq etməmişdi. Mən də bilmədən əməliyyat etdirdim. İndi başqa bir həkim məni yenidən əməliyyat edərək dolğuları təmizləyəcək. Əgər sizin də o həkimdə əməliyyatınız varsa, ləğv edin”.
D.Biliç izləyicilərinə bildirib ki, həkimin adını ona görə paylaşıb ki, hər kəs məlumatlı olsun və o hıkimə müraciət etməsin.
Gülşən Rəsul