“DANIŞIQLARIN MÜSBƏT NƏTİCƏ VERMƏSİ ÜÇÜN HƏRBİ ƏMƏLİYYATLAR VACİBDİR”

“DANIŞIQLARIN MÜSBƏT NƏTİCƏ VERMƏSİ ÜÇÜN HƏRBİ ƏMƏLİYYATLAR VACİBDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti və erməni diasporu Azərbaycana qarşı beynəlxalq müstəvidə kifayət qədər güclü təbliğat aparır. Ermənistan hakimiyyəti Laçın yolu və Qarabağda yaşayan ermənilər məsələsini gündəmə gətirir, Azərbaycana qarşı beynəlxalq təzyiqin formalaşdırılmasına çalışırlar.

Tribunainfo.az yazı ki, siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan diasporu və XİN də adekvat addımlar atmalıdır. Xarici ölkələrdə səfirliklər güclü şəkildə bu anti-təbligata qarşı hərəkətə keçməsə, ölkəmizə qarşı informasiya müharibəsi əleyhimizə işləyə bilər:

“Ermənistan və Azərbaycan arasında hərbi eskalasiya səviyyəsi yüksək səviyyədədir. N. Paşinyanın nə qədər qeyri-ciddi bir fiqur olduğu görünür. Danışıqların yenidən müsbət nəticələr əldə edilməsi üçün hərbi əməliyyatlar labüd görünür. Ermənistan məğlubiyyətlə barışmır”.