Danimarkanın baş naziri NATO-nun yeni baş katibi ola bilər – “Politico”backend

Danimarkanın baş naziri NATO-nun yeni baş katibi ola bilər – “Politico”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Danimarkanın baş naziri Mette Frederiksen Yens Stoltenberqdən sonra NATO-nun baş katibi postunu tuta bilər.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qəzet qeyd edir ki, bir qayda olaraq, Avropa ölkəsinin nümayəndəsi NATO-nun növbəti baş katibi olur, lakin onun namizədliyi Vaşinqton tərəfindən təsdiqlənməlidir.
Bu kontekstdə “Politico” Ağ Evdən gələn xəbərə diqqət çəkir. Prezident Co Bayden “iki ölkə arasındakı əlaqələri, NATO-nun transatlantik tərəfdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işləri, Ukraynaya dəstək və digər məsələləri müzakirə etmək” üçün iyunun 5-də Frederikseni qəbul edəcək.
Nəşr hesab edir ki, bu, Yens Stoltenberqin sentyabrın sonunda vəzifəsini tərk edəcəyi halda, Danimarkanın baş nazirinin NATO-nun yeni rəhbəri olacağına işarə ola bilər (lakin o vaxta qədər onun varisinin namizədliyi razılaşdırılmasa, o, daha bir neçə ay Alyansın başında qala bilərdi).
NATO-nun növbəti baş katibinin namizədliyi ilə bağlı qərar Alyansın 11-12 iyulda Vilnüsdə keçiriləcək sammitində razılaşdırıla bilər.
Nəşrin müsahibə verdiyi avropalı diplomatların fikrincə, Frederiksen ciddi namizəd hesab olunur və onun “Ukraynadakı müharibə boyu özünü kifayət qədər inamlı aparması” da onun xeyrinə xəbər verir. Ona qarşı bir arqument ola bilər: Danimarka hələ NATO üzvləri üçün müdafiə xərclərinin ən aşağı – ÜDM-in 2%-lik olan səviyyəsinə çata bilməyib.
Frederiksen daha əvvəl vəzifəsinin dəyişməsilə ilə bağlı iddiaları təkzib etmişdi və apreldə o, NATO-nun baş katibi postuna iddia etmək niyyətində olmadığını bildirmişdi.
Nəşr NATO-nun rəhbəri vəzifəsinə digər namizədlər kimi Niderlandın baş naziri Mark Rütte, İspaniyanın baş naziri Pedro Sançes və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesi də hesab edir. Estoniyanın baş naziri Kaya Kallasın başqa bir qadın namizəd olduğu iddia edilirdi, lakin o, müharibə vaxtı üçün “çox sərt” sayılır.
Mayın 19-da Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun növbəti baş katibi olmaqda maraqlı olduğunu bildirib.
Bundan əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında postunu tərk edəcəyini təsdiqləyib.