Danimarkadan İran kəşfiyyatına sui-qəsd ittihamı

Danimarkadan İran kəşfiyyatına sui-qəsd ittihamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Danimarka İran kəşfiyyatını iranlı müxalifə qarşı sui-qəsdə cəhd etməkdə ittiham edir.
Qaynarinfo xəbər verir ki, 21 oktyabrda İran əsilli Norveç vətəndaşı həbs edilərək Danimarkaya təhvil verilmişdi. Həmin şəxsin Əhvazın Qurtuluşu üçün Ərəb Mübarizə Hərəkatının Danimarkadakı liderini öldürməyə hazırlaşdığı iddia edilir. Buna görə Danimarkanın xarici işlər naziri Anders Samuelsen ölkənin İrandakı səfirini geri çağırıb və “Twitter”də sui-qəsd cəhdinin qəbul edilməz olduğunu bildirib. Nazir həmçinin Avropa İttifaqı ölkələri ilə İran əleyhinə sanksiya qərarları qəbul edəcəklərini bildirib. İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasımi məsələyə münasibət bildirərək iddiaları rədd edib və hadisədə Avropa ilə İran münasibətlərini pozmaq istəyən düşmən qüvvələri ittiham edib.
Qeyd edək ki, Əhvazın Qurtuluşu üçün Ərəb Mübarizə Hərəkatı Əhvaza iddia irəli sürən iranlı ərəblər tərəfindən yaradılıb. İranda milli azlıq kimi qəbul edilən ərəblərin müstəqillik, muxtariyyət kimi tələbləri var. Təşkilatın qurucusu Əhməd Mola Nissi 2017-ci ildə Hollandiyada öldürülüb.
22 sentyabrda Əhvazda hərbi parad zamanı terror aktı törədilmiş, 25 nəfər ölmüş, 60 nəfər yaralanmışdı. Teraktı İŞİD terror təşkilatı ilə birlikdə Xuzistan əyalətinin müstəqilliyini tələb edən Əhvaz Milli Mübarizə Təşkilatı da öz üzərinə götürmüşdü.