Danimarka hökuməti terrorçulara işsizliyə görə müavinət verib.
Danimarka hökuməti terrorçulara işsizliyə görə müavinət verib.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, hökumət İŞİD terror təşkilatına qatılan 145 vətəndaşından bəzilərinə 4 il müddətində işsizliyə görə müavinət verdiyi ortaya çıxıb.
Danimarkanın əmək naziri Troels Lund Poulsen keçən il Danimarka mətbuatında yer alan “İŞİD-ə qatılan danimarkalılar işsizlik maaşı alır” xəbərini təsdiqləyib.
Məlumata görə, İŞİD-ə qatılan 145 Danimarka vətəndaşından konkret olaraq 29-nun işsizliyə görə müavinət aldığı müəyyən edilib.
Nazir hadisəni “böyük qalmaqal” adlandırıb. İŞİD-ə qatılan danimarkalıların aldığı maaşın ümumi məbləğinin 85 min avroya çatdığı təxmin edilir.
Baş nazir Lars Lokk Rasmussen isə terrorçulara bu cür ödənişlərin edilməməsi üçün qanunveriçilikdə tənzimləmələrin ediləcəyini bildirib.