Danimarka parlamenti müqəddəs kitabların yandırılmasını və onlara hücumu qadağan edən qanun layihəsini qəbul edib.
Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, qanuna əsasən, Qurani-Kərimə və digər müqəddəs kitablara hücum və dini dəyərləri hədəf alan davranışlar qadağan ediləcək.
Qanunu pozanlar cərimələnə və ya həbs oluna bilər.
Qeyd edək ki, Danimarka parlamentində keçirilən səsvermədə 77 deputat əleyhinə, 94 deputat isə qanun layihəsinin lehinə səs verib.
Səs çoxluğu ilə qəbul edilən qanuna əsasən, ölkədə Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılması, bu kitablara qarşı hücumlar və dini dəyərləri hədəf alan nalayiq davranışlar qadağan ediləcək. Qanunu pozanlar cərimələnə və ya iki ilədək həbslə cəzalandırıla bilər.